Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını başa vurmağa tələsmir.
Sportnet.az-ın məlumatına görə, bu barədə portuqaliyalı hücumçu "Netflix"də yayımlanan "Mən Corcinayam" sənədli filmində açıqlama verib.
37 yaşlı forvard daha bir neçə il oynamaq üçün tətildə belə, formasını qoruduğunu bildirib. O, istirahət vaxtı fərqli məşqlər etdiyini söyləyib.
Qeyd edək ki, bu mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 23 oyunda 14 qol vuran Kriştianu Ronaldu 3 məhsuldar ötürmə edib.