"İnanıram ki, qış fasiləsindən sonra daha baxımlı mövsüm izləyəcəyik".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis futbolçuların istənilən formada olmadığını bildirib: "Keşlə" kubok komandasıdır. Bu turnirdə fərqli iştirak edirlər. Bu gün də bunun şahidi oldu. Tam istədiyimiz formada deyilik. Qol epizodlarımız oldu, rəqibin də sonda imkanı yarandı. Cavab matçına ciddi hazırlaşmalıyıq".
O, "Neftçi"yə qarşı keçirəcəkləri Premyer Liqanın XV tur matçına da toxunub: "Həmin oyuna 6 gün vaxtımız olacaq. Sabahdan hazırlığa başlayacağıq. Son çempiona qarşı oynayacağımız üçün görüşə çox ciddi hazırlaşmalıyıq".
Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşmalar üçün müəyyən düşüncələrinin olduğunu vurğulayıb: "Lakin bunu komandaya hələ bildirməmişəm. Çox dəyişilik etməməyə çalışacağıq. Xırda elementlərdə bəzi dəyişikliklər ola bilər".