"Keşlə" klubu baxışda olan ingiltərəli futbolçu Natan Oduva ilə bağlı qərar qəbul edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında açıqlama verib.
O, 26 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacağını bildirib.
Qeyd edək ki, İngiltərənin "Tottenhem" klubunun yetirməsi olan Natan Oduva son olaraq İrlandiya "Dandolk"unda çıxış edib.