Futbol üzrə AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyununu ümumilikdə 260 milyon insan izləyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "AVRO-2020-nin irsi" mövzusunda hesabat məruzəsində AVRO-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev açıqlama verib.
O bildirib ki, qrup mərhələsinin İsveçrə - Uels görüşünü 52 milyon, Türkiyə - Uels qarşılaşmasını 71 milyon, Türkiyə - İsvrçrə matçını 27 milyon insan izləyib.
K.Vəliyev 1/4 final mərhələsinin Çexiya - Danimarka oyununa 110 milyon nəfərin televiziya ilə baxdığını vurğulayıb.