"Səbail" klubunun futbolçusu Mirsayib Abbasovda koronavirus aşkarlanıb.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin Mətbuat katibi Mehriban Mürsəlova məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı hücumçu məhz bu səbəbdən "Zirə"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda meydana çıxmayıb.
Qeyd edək ki, "Zirə" - "Səbail" görüşü meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü fevralın 13-də keçiriləcək.