
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyada təlim-məşq toplanışı keçəcək. Sportnet.az-ın məlumatına görə, martın 14-dən Heusenstammda start götürəcək toplanış Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədi daşıyır.
Hazırlıq dövründə yığma komandanın 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, təlim-məşq toplanışı martın 22-də başa çatacaq.