
İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku antirekord müəllifi olub.
Sportnet.az "Opta"ya istinadən xəbər verir ki, belçikalı hücumçu "Kristal Pelas"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçında topa cəmi 7 toxunuş edib.
Matça start heyətində başlayan təcrübəli futbolçu oyunu əvəzlənmədən keçirib. Bu, məlumatların toplanmağa başladığı 2003/2004 mövsümündən bəri matçın startından final fitinədək meydanda olan oyunçu üçün ölkə çempionatında ən zəif göstəricidir.
Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə ötən ilin yayında İtaliya "İnter"indən keçib.