Qadın futbolçulardan ibarət Səudiyyə Əsəbistanı millisi ilk beynəlxalq oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, yığma yoldaşlıq matçında Seyşel adaları ilə üz-üzə gəlib.
Qarşılaşma Səudiyyə Əsəbistanın 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın tarixdəki ilk qolunu Əl-Bəndəri Mübarək vurub. Məryam Əl-Tamimi isə ikinci qolun müəllifi olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında futbol qarşılaşmaları zamanı qadınların stadionlara buraxılmasına 2018-ci ildə icazə verilib. İki ildən sonra isə ölkədə qadınlar arasında liqalar keçirilməyə başlayıb.