"Keşlə" klubu "Qarabağ"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XVII tur oyununa iki itki ilə çıxacaq.
Klubdan Sportnet.az-a verilən məlumata görə, portuqaliyalı Aldair Netu və Fəhmin Muradbəyli zədə səbəbindən görüşdə iştirak etməyəcək.
Hər iki oyunçu bu matçdan sonra kollektivlə məşqlərə qayıdacaq.
Qeyd edək ki, fevralın 27-də keçiriləcək "Keşlə" - "Qarabağ" oyunu saat 19:15-də start götürəcək.