İtaliyanın "Parma" klubunun qapıçısı Canluici Buffon Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovdan formasını istəyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə hazırda Almaniya "Şalke"sinin əvəzedici komandasında çıxış edən 31 yaşlı hücumçu açıqlama verib.
Təcrübəli forvard bildirib ki, hadisə səfərdə İtaliyaya 1:2 hesabı ilə uduzduqları AVRO-2016-nın seçmə mərhələ oyununda baş verib: "Matçdan sonra əfsanəvi qapıçıdan formasını istədim. Çox mehriban söhbət etdikdən sonra istəyimi yerinə yetirdi. Getmək istəyəndə çağırdı və o da mənim formamı istədi. Əvvəlcə tərəddüd etdim. Düşündüm ki, onsuz da bəyənməyəcək. Amma sonradan razılaşdım".
Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində 24 oyun keçirib və 5 qol vurub.