Bu gün əvəzedicilərin çempionatında XXV turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ” doğma azarkeşlər önündə "Sumqayıt”la qarşılaşıb.
Mövsümün ilk yarısında baş tutan iki oyunda rəqibini eyni hesabla (3:1) məğlub edən "qırmızı-qaralar” matça fəal başlayıb, erkən qolla hesabda önə keçib. Ardıcıl ikinci qarşılaşmada qol sevinci yaşayan Mirəli Məmmədzadə komandasını hesabda önə çıxarıb.
6-cı görüşdə meydanı qolsuz tərk etməyən əvəzedicilər bu üstünlüyünü qorumağı bacarmayıb. Qonaqlar fasiləyədək hesabda tarazlıq yarada bilib. Mikayıl Rəhimov 11 metrlik cərimə zərbəsindən bərabərlik qoluna imza atıb. Bundan sonra "qırmızı-qaralar” qələbə qolunu vurmaq üçün irəli atılsa da, yaradılan imkanlardan istifadə edə bilməyib. "Qəbələ"nin heyətində Mirəli Məmmədzadə fərqlənib.
Qeyd edək ki, xal hesabını 39-a çatdıran "Qəbələ"nin əvəzediciləri turnir cədvəlinin 3-cü pilləsində qalıb.
bələ" "Sumqayıt"la sülh bağladı