UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Siti"nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 70-ci dəqiqədə Kevin De Brüyne vurub.
Gecənin digər matçında İngiltərə "Liverpul"u Portuqaliyada "Benfika" ilə qarşılaşıb. Bu oyunda da İngiltərə təmsilçisi qalib gəlib - 3:1.
Qonaqlardan 17-ci dəqiqədə İbrahima Konate, 34-cü dəqiqədə Sadio Mane və 87-ci dəqiqədə Luis Dias fərqlənib. Lissabon təmsilçisinin yeganə qoluna isə 49-cu dəqiqədə Darvin Nunyes imza atıb.
Komandalar arasında cavab görüşləri aprelin 13-də oynanılacaq.
Çempionlar Liqası, 1/4 final
İlk oyunlar
5 aprel
23:00. "Mançester Siti" (İngiltərə) - "Atletiko" Madrid (İspaniya) - 1:0
Qol: Kevin De Brüyne, 70
Baş hakim: İştvan Kovaç (Rumıniya)
23:00. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:3
Qollar: Darvin Nunyes, 49 - İbrahima Konate, 17. Sadio Mane, 34. Luis Dias, 87
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.
------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Matçı rumıniyalı İştvan Kovaç idarə edəcək.
Meydan sahiblərinin heyətində Kayl Uoker cəzalı, Ruben Diaş cəzalı olduğu üçün meydana çıxmayacaqlar. Qonaqlardan isə Xose Mariya Ximenes zədə, Yannik Karrasko cəza səbəbindən oyunu buraxacaqlar.
Gecənin digər matçında Portuqaliya "Benfika"sı İngiltərə "Liverpul"unu qəbul edəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.
Oyun öncəsi komandaların heyətində ciddi itkilər yoxdur. Sadəcə, Mersisyad təmsilçisində Körtis Cons və Nabi Keytanın oynayıb-oynamayacaqları sual altındadır.