"Şamaxı"nın Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" ilə ev oyunu yubileylə əlamətdar olacaq.
Sportnet.az-ın məlumatına görə, matç komandalar arasında çempionatdakı 70-ci qarşılaşma kimi tarixə düşəcək.
Əvvəlki 69 görüşün 16-da meydan sahibləri, 38-də paytaxt klubu meydanı 3 xalla tərk edib. 15 qarşılaşmada isə heç-heçə qeydə alınıb.
Komanda arasında Premyer Liqadakı 6 oyunda üç və ya daha çox qol vurulub. Ardıcıl 5 matçda qalib komanda üç dəfə fərqlənib.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl "Xəzər Universiteti", "İnter" və "Keşlə" adı altında mübarizə aparıb. Aprelin 7-də keçiriləcək "Şamaxı" - "Neftçi" oyunu saat 14:00-da başlayacaq.