Fransanın "Marsel" klubunun azarkeşləri Yunanıstan PAOK-u ilə UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda ixtişaşlar törədiblər.
Sportnet.az xəbər verir ki, fanatlar qarşılaşmanın start fitindən az sonra qonaq tribunaya məşəl atıblar.
Bundan başqa, yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, görüşdən əvvəl yunanıstanlı azarkeşlərin məskunlaşdıqları otelin yaxınlığında kütləvi dava düşüb.
Qeyd edək ki, qarşılaşma "Marsel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.