
Türkiyənin "Fənərbağça" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları arasında xeyriyyə oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Ülker" stadionunda baş tutan qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 26-cı dəqiqədə Enner Valensiya vurub.
Start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.