Ukraynadakı müharibədə iştirak edən italiyalı qapıçı İvan Vavassori itkin düşüb.
Sportnet.az xəbər verir ki, 29 yaşlı qolkiperin Rusiya ordusunun bombardmanı nəticəsində həlak olduğu ehtimal edilir.
O, sonuncu dəfə aprelin 9-da özünün instaqram səhifəsində döyüşlərdən kadrlar paylaşıb.
Vavassori Ukraynaya yola düşməzdən öncə sosial şəbəkə hesabında bunları yazıb: "20 il gec və ya tez ölməyin elə bir mənası yoxdur. Əsas olan yaxşı ölməkdir. Əsl həyat məhz onda başlayır".
Qeyd edək ki, İvan Vavassori daha çox İtaliyanın aşağı liqa klublarında çıxış edib.