UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada İspaniyanın "Real Madrid" klubunda Kərim Benzema, "Vilyarreal"dan Xuan Foyt, İngiltərə "Mançester Siti"sindən Bernardu Silva, "Liverpul"dan isə Tyaqo Alkantara idda edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.