
Almaniya "Hoffenhaym"ı baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bundesliqa təmsilçisi Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub.
Qeyd edək ki, Sebastyan Höness "Bavariya" klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğludur. O, 2020-ci ilin yayından "Hoffenhaym"a rəhbərlik edirdi.