
Azərbaycanın iki klubu fransalı hücumçu Kevin Nzuzini transfer etmək istəyir.
Sportnet.az-ın "Sudinfosports"a istinadən məlumatına görə, bunlar UEFA Konfrans Liqasına vəsiqə qazanan "Neftçi" və "Zirə"dir.
Konqo əsilli hücumçunun son klubu Belçikanın səviyyəcə ikinci liqasında çıxış edən RWDM-i (keçmiş "Molenbek") olub. Son 2 mövsümdə 14 qola imza atmış Nzuzi komandasının bombardiri sayılıb. O, 2016/2017 mövsümündə Fransanın PSJ klubunun B komandasında da çıxış edib.
28 yaşlı forvardın RWDM-lə müqaviləsi iki ay əvvəl başa çatıb. Onun tezliklə seçim edəcəyi bildirilir.