
"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqib sayı 5-ə enib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar Bosniya və Herseqovinanın "Zrinski", Polşanın "Lex", Maltanın "Hibernians", Şimali Makedoniyanın "Şkupi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarıdır.
Qeyd edək ki, iyunun 14-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq.