Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov zədələnib.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Bakıda Belarus yığmasına qarşı keçirdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyununda sıradan çıxıb.
İsrafilovun yerinə 59-cu dəqiqədə meydana Coşqun Diniyev daxil olub.
Qeyd edək ki, hələlik matçda hesab açılmayıb.