"Çətin qələbə oldu. Rəqib yaxşı müdafiə olunurdu. Hücuma keçməkdə çətinlik çəkirdik. Önəmli olan qalib gəlmək idi. Uzun müddət idi ki, qələbə qazanmırdıq. Bu baxımdan üzərimizdə psixoloji təzyiq var idi".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, komandada yorğunluq hiss ounurdu: "10 günə 4 oyun çətindir. Bu gün daha çox yoruldum. Qələbə qazandıq. Yorulsam da, heç nə olmaz".