UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"bin Macarıstan "Fehervar"ı ilə keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək matçı avstriyalı referi Kristofer Yaeger idarə edəcək. Ona yan xətt hakimləri qismində həmyerliləri Robert Staynaxer və Santino Şrayner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Markus Hameter yerinə yetirəcək.
Oyun saat 20:00-da başlanacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 21-də Macarıstanda oynanılacaq. Həmin oyununun baş hakimi isveçli Kaspar Syoberq olacaq.