
"Qarabağ" Tovuz döyüşlərinin 2-ci ildönümü ilə əlaqədar Vətən müharibəsi iştirakçılarına anlamlı jest edib.
Sportnet.az-ın məlumatına görə, Bakıda Polşa "Lex"inə qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə qazilərin iştirakı ilə konsert proqramı təşkil olunub.
Bundan başqa, müharibə iştirakçılarına matçı izləmək üçün tribunada xüsusi yer ayrılıb.
Qeyd edək ki, hazırda "Qarabağ" - "Lex" görüşündə fasilədir. Ağdam klubu ilk hissədən sonra hesabda öndədir - 2:1.