"Şamaxı" klubunda yeni təyinatlar olub.
Bölgə təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, Vüqar Əsgərli ilə əsas komandanın baş məşqçisi qismində, Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri ilə köməkçi məşqçi kimi münasibətlər rəsmiləşdirilib.
Eyni zamanda, Rüstəm Əliyevlə daha əvvəl imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Kamran İsmayılov isə klubun baş meneceri təyin olunub.
Qeyd edək ki, “Şamaxı”da baş məşqçi funksiyasını Cavid Hüseynov yerinə yetirəcək. 34 yaşlı mütəxəssis lazımi lisenziyaya sahib olmadığı üçün onun köməkçisi Vüqar Əsgərli baş məşqçi kimi qeydiyyata alınıb.