Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" komandası "Qaziantep"lə yoxlama oyununun yayımlanmasını istəməyib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi görüşü rəqib komandanın rəsmi yutub kanalından göstərilsə də, yayım 22-ci dəqiqədən sonra dayandırılıb.
Superliqa təmsilçisi "Neftçi"nin istəyinə və komandanın avrokubok matçına görə bu addımı atdığını bildirib.
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr "Aris"i ilə üz-üzə gələcək. Komanda ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.