İsveçrə çempionu "Sürix" Bakıya yeni səfər formalarını gətirə bilməyib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə "Qarabağ"la oyunda əvvəlki formalarından yararlanıb. Klub səfər formalarının çatdırılması ilə bağlı problem yaşadığından, xüsusi qara formalardan istifadə etməli olub.
O da vurğulanıb ki, komandanın yeni mövsüm üçün ev və səfər formaları iyulun sonlarında fan-şoplarda və onlayn qaydada satışa çıxarılacaq.
Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 3:2. Cavab oyunu iyulun 27-də olacaq.