Kiprin "Aris" komandası "Neftçi"yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl Bakıda ilk məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, axşam saatlarında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan hazırlıq prosesi bir saatdan çox çəkib.
Yalnız polşalı yarımmüdafiəçi Karol Struski fərdi şəkildə məşq edib.
Bu gün saat 20:30-da Limassol təmsilçisinin baş məşqçisi Aleksey Şpilevskinin mətbuat konfransı, saat 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeyd edək ki, iyulun 28-də oynanılacaq "Neftçi" - "Aris" qarşılaşması saat 21:00-da start götürəcək. İlk matçda Kipr klubu 2:0 hesabı ilə qalib gəlib.