
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda Kiprin "Aris" klubu ilə keçirəcəyi cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
"Ağ-qaralar"ın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qarşılaşma üçün 7 minə yaxın bilet alınıb.
Matçın keçiriləcəyi "Bakcell Arena" 11 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, bu gün oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 0:2 hesabı ilə məğlub olub.