"Neftçi"ni təbrik edirəm və onlara uğur arzulayıram. İlk oyunun ilk hissəsində 100 faizli şanslardan yararlana bilmədik. Elə həmin oyunda biz mərhələni uduzduq".
Sportnet.az-ın məlumatına görə, bunu Kipr "Aris"inin futbolçusu Aleksey Şpilevski Bakıda "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
34 yaşlı mütəxəssis bildirib ki, uşaq səhvlərindən qollar buraxıblar: "Qırmızı vərəqədən sonra heç cür oyunumuzu tapa bilmədik. Bu gün bizə daha çətin idi. Çünki "Neftçi" öz azarkeşləri önündə oynayırdı. Öz səhvlərimizə yenidən baxmalıyıq. Futbolda belə anlar olur. Bəhanə axtarmaq istəmirəm, uduzan tərəf bizik. Bəhanə axtarsam, hörmətsizlik olar. Bəlkə də bir il gözləməli olacağıq ki, növbəti dəfə avrokuboklarda çıxış edək. Ola bilər, yenidən "Neftçi" ilə qarşılaşdıq".
O, aqressiv futbol nümayiş etdirmələrinin normal olduğunu söyləyib: "Yəqin ki, siz İngiltərə futboluna da baxmısınız. Orada da bu cür futbol nümayiş etdirilir. Düzdür, Morqan Braun ikinci sarı vərəqəni alanda kobudluq etdi. Ancaq ümumilikdə bu cür futbol oynamaqda qeyri-adi bir şey görmürəm. Hesab bizdən belə oynamağı tələb edirdi".
Belaruslu baş məşqçinin sözlərinə görə, "Neftçi"dən Bakıda daha fərqli oyun gözləyirdi: "İlk matçda 2:0 hesablı qələbə qazandıqdan sonra futbolçularda arxayınlıq ola bilər. Mən isə bilirdim ki, bizə Bakıda çətin olacaq".
Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.