Macarıstan "Ferentsvaroş"unun futbolçusu Henri Uinqo zədələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.
Rusiyalı mütəxəssis bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu buraxacaq.
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.