"Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçiriləcək UEFA Çempionlar Liqasının ilk oyununu buraxacaq.
Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Sportnet.az-a verdiyi məlumata görə, 33 yaşlı futbolçu zədə səbəbindən bugünkü matçda iştirak edə bilməyəcək.
Belində ağrıları olan təcrübəli müdafiəçinin adı son anda iştirak ərizəsindən çıxarılıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" oyunu saat 20:00-da başlayacaq.