"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, "köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırsa, növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, "Qarabağ" hazırda Budapeştdə "Ferentsvaroş"la qarşılaşır. İlk hissədən sonra hesab Ağdam klubun xeyrinədir - 1:0. Bakıdakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.