Azərbaycan milli komandasının Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, C qrupunda yer alan yığma ilk matçına avqustun 29-da çıxacaq. Rəqib İsveçrə kollektivi olacaq.
Azərbaycan 1 gün sonra isə Ukrayna ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, seçmə mərhələnin oyunları avqustun 27-dən sentyabrın 5-dək İtaliyanın Kataniya şəhərində olacaq.