
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasında 9 il 9 aydan sonra bir oyunda 5 qol vurub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" son olaraq II turda "Kəpəz"i 5:2 hesbaı ilə üstələyib.
Paytaxt təmsilçisi sonuncu dəfə 2012/2013 mövsümündə 5 və daha çox qola imza atıb. 3557 gün əvvəl - 2012-ci il noyabrın 17-də “Sumqayıt”ı qonaq edən “Neftçi” 8:1 hesabı ilə qalib gəlib.
Həmin oyundan sonra paytaxt təmsilçisi bir qarşılaşmada 4-dən çox top vura bilməmişdi.
Qeyd edək ki, “Neftçi” Azərbaycan çempionatları tarixində 53-cü dəfə bir görüşdə 5 və ya daha çox qol vurub. Bu da ölkə rekordudur.