Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün nəzərdə satışa çıxarılmış biletlər tükənmək üzrədir.
Sportnet.az-ın məlumatına görə, bu barədə "köhlən atlar"ın rəsmi saytı xəbər yayıb. Bildirilib ki, qarşılaşma üçün cəmi 224 bilet qalıb.
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.