"Karyeram ərzində heç vaxt komandalarımın qapısına bir oyunda 3 penalti təyin olunmayıb".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Klaudiu Regekampf səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
O bildirib ki, hər 3 penaltiyə bəsit səhvlər səbəb olub. Rumıniyalı mütəxəssis bu qədər səhvə yol verməyi komandası və futbolçuları üçün utanc adlandırıb.
Qeyd edək ki, "Sabah" 3 penaltidən 2-ni dəqiq yerinə yetirərək, əzmkar qələbə qazanıb.