"Bizi çətin oyun gözləyir. Rəqibi yaxşı analiz etmişik. Fiziki və taktiki baxımdan hazırıq. Sabah yaxşı nəticə ilə qrupa vəsiqə qazanmağa çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi heç vaxt ÇL-in qrupunda oynamadığını söyləyib: "Bu addımı atmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.