"Qol imkanlarından yararlana bilmədik. Çox danışmaq istəmirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Turan Tovuz"la qolsuz heç-heçə etdiklləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis yaxşı təşkilatlanmış komandaya qarşı oynadıqlarını bildirib: "Ələ düşən fürsətləri dəyərləndirməli idik. Ötən matçla müqayisədə 2 dəyişiklik etdik. Xal itirməyimizə don geyindirmək istəmirəm. Bəzi oyunçuları ötən turdan əvvəl görmüşəm. Bir məqam da var ki, ilk 3 turda güclü rəqiblər ilə oynadıq. Yeni futbolçular var. Onlar üçün bu ölkə, çempionat yenidir. Uyğunlaşamaları üçün vaxt lazımdır".