Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev uzun müddətli cəzalandırılıb.
Sportnet.az xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IV turunun “Səbail” – “Kəpəz” oyununda Gəncə klubunun hücumçusu Rauf Əliyevu etdiyi hərəkətə görə cəzalandırıb.
O, hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılsa da, yenidən meydançaya daxil olub. Buna görə də Əliyev 5 oyun cəzalandırılıq, "Kəpəz" isə 4 000 manat cərimə olunub.
“Kəpəz”in digər futbolçusu – cinah müdafiəçisi Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Bundan başqa, həmin oyunda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.