AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "İmişli" komandasına texniki məğlubiyyət verib.
Sportnet.az məlumatına görə, II turda "Araz Naxçıvan"la matça İmişli təmsilçisinin heyətində adı protokolda olmayan futbolçu iştirak edib.
Buna baxmayaraq hesab olduğu kimi saxlanılıb. Klub 400 manat məbləğində cərimələnib.
Qeyd edək ki, qarşılaşma "Araz Naxçıvan"ın 3:0 hesablı qələbəsi ilə bitib.