
Yay dönəmində İngiltərə Premyer Liqasında bir neçə transfer rekordu qeydə alınıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqa klubları futbolçu keçidləri üçün 2,2 milyard avro xərcləyiblər.
2017-ci ildə bu rəqəm 1,6 milyard avro olub.
Transferlərə 322 milyon avro sərf edən "Çelsi" siyahıya başçılıq edir. "Zadəganlar" tarixində ilk dəfə bu məbləğə çataraq yeni rekord müəyyənləşdirib.
Bundan əlavə, "Nottingem Forest" klubu heyətinə 21 yeni oyunçu cəlb edib. Bu isə 2000-ci ildə 19 futbolçu ilə müqavilə imzalayan "Dandi Yunayted"in rekordunun qırılmasına səbəb olub.