Ispaniyanın "Real Madrid" komandasının sabiq futbolçusu Lüka Zidan "Eybar"a keçib.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı qolkiper yeni klubuna azad agent qismində transfer olunub. Səviyyəcə ikinci liqa sayılan Sequndanın təmsilçisi onunla 2 illik müqavilə bağlayıb.
L.Zidanın sonuncu klubu son 2 mövsümdə formasını geyindiyi "Rayo Valyekano" olub. O, "Rasinq" və "Real Madrid"in B komandasında da çıxış edib.
Qeyd edək ki, Lüka Zidan əfsanəvi futbolçu Zinəddin Zidanın oğludur.