"Şamaxı" futbol komandası Azərbaycan Premyer Liqasının ilk 5 turunda 1 xal toplayıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, klub tarixində antirekordun təkrarıdır.
1999/2000 mövsümündən yüksək dəstədə “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən komanda tarixində 3-cü dəfə belə starta imza atıb.
Öncə Bakını təmsil edən klub 2018/2019 və 2021/2022 mövsümlərinə də 1 heç-heçə ilə 4 məğlubiyyətlə başlayıb. Dörd il əvvəl top fərqi 4-9 olubsa, ötən çempionatdakı göstərici indiki ilə eyni idi - 2-10.
Qeyd edək ki, V turda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Şamaxı” bunadək “Neftçi” (0:1), “Qəbələ” (1:3), “Səbail” (1:1) və “Qarabağ”la (0:4) görüşüb.