İspaniya "Barselona"sının futbolçusu Miralem Pyaniç Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarja" klubuna transfer olunacaq.
Sportnet.az-ın RAC1 nəşrinə istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə müqaviləni pozaraq, yeni komandasına havayı keçəcək.
O, "Barsa"nın pul kompensasiyasından imtina edib.
Qeyd edək ki, Miralem Pyaniç ötən mövsümü icarə əsasında Türkiyə "Beşiktaş"ında keçirib.