"Qarabağ"ın maraqlandığı qvineyalı futbolçu Momo Yansane Rusiyanın "Nijni Novqorod" komandasına keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə ilə Moldova "Şerif"inə məxsus olan 25 yaşlı hücumçu cari mövsümün sonunadək icarə əsasında Premyer Liqa təmsilçisində çıxış edəcək.
"Nijni Novqorod" yayda afrikalı oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın Momo Yansane ilə danışıqlar apardığı, lakin anlaşa bilmədiyi barədə məlumatlar yayılmışdı.