
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" "ASCO Arena"da "Səbail"in qonağı olub. Görüş qartalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 5-ci dəqiqədə qonaqlardan Dmitrios Çantakias açıb. 13-cü dəqiqədə Ağabala Ramazanov sabiq komandasını cəzalandıraraq, tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 33-cü dəqiqədə Sertan Taşkın qoyub.
72-ci dəqiqədə "dənizçilər" azlıqda qalıblar. Tural Bayramlı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub.
Beləliklə, bu qələbədən sonra xallarını 10-a çatdıran "Zirə" 5-ci pilləyə yüksəlib. 5 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0, "Neftçi" isə səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.
---------------------------------------------------
Misli Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Neftçi" Qəbələdə eyniadlı komandanın qonağı olub. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Neftçi" liderliyə yüksəlib. 9 xalı olan "Qəbələ" isə 5-ci sırada qalıb.
Günün ikinci oyununda "Səbail" "Zirə"ni qəbul edəcək.
Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.
-----------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında olacaq. Hazırda "ağ-qaralar" 12 xalla 3-cü, "qırmızı-qaralar" isə 9 xalla 5-cidir.
İki indiyədək ölkə çempionatında 55 dəfə qarşılaşıb. Bunların 17-də əyalət təmsilçisi, 25-də paytaxt klubu qələbə qazanıb. 13 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də qonaqların xeyrinədir - 82:66.
"Neftçi" son 13 qarşılaşmada yalnız 1 dəfə uduzub. “Qəbələ” son 4 ev görüşündə qol vurub.
Günün son matçında "Səbail" "Zirə"ni qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb. 7 xalı olan "qartallar" 6-cı, rəqibindən 2 xal az toplayan "dənizçilər" 5-ci yerdə gedir.
Paytaxt təmsilçiləri bunadək Premyer Liqada 19 dəfə rəqib olublar. Bunların 3-ü "Səbail"in, 12-si "Zirə"nin qələbəsi ilə başa çatıb. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv qol sayında rəqibini 27:17 hesabı ilə üstələyir.
“Zirə” son 5 oyunda qələbə qazanıb. “Səbail” son 5 ev matçında qalib gəlməyib.
Azərbaycan Premyer Liqası
VI tur
10 sentyabr (şənbə)
18:00. “Qəbələ” – “Neftçi” - 1:2
Qollar: Məqsəd İsayev, 31 - Ataa Caber, 46; 53
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu.
20:30. “Səbail” – “Zirə” - 1:2
Qollar: Ağabala Ramazanov, 13 - Dimitrios Çantakias, 5. Sertan Taşkın, 33
Qırmızı vərəqə: Turan Bayramlı, 72 ("Səbail")
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
“ASCO Arena”.
Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.