Türkiyənin "Başakşehir" klubunda çıxış edən Almaniya millisinin sabiq futbolçusu Mesut Özil Azərbaycan - Ermənistan sərhəddində baş verənlərlə bağlı paylaşım edib.
Sportnet.az məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi şəxsi instaqram hesabında öz dəstəyini nümayiş etdirib.
Özil şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və onların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, Mesut Özil Vətən müharibəsi dönəmində də eyni addımı atıb.