UEFA Millətlər Liqasında Azərbaycan və Belarus komandaları ilə qarşılaşacaq Slovakiya yığmasının heyətində dəyişiklik olub.
Sportnet.az Slovakiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Çexiyanın "Slaviya" (Praqa) klubundan milliyə cəlb edilən İvan Şrants zədələndiyi üçün heyətdən çıxarılıb.
29 yaşlı hücumçu ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq. Forvard Kosovo "Balkani"sinə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda xəsarət alıb.
Şrantsın əvəzinə Bratislava "Slovan"ından David Qrnçar yığmaya cəlb olunacaq.
Qeyd edək ki, Slovakiya seçməsi sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarus kollektivini qəbul edəcək.