
Azərbaycan əsilli veteran futbolçu Aleksandr Səmədov Rusiya millisinin 2024-cü ildə keçiriləcək Avropa çempionatına buraxılmamasına münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, keçmiş yarımmüdafiəçi "Sport-Express" nəşrinə açıqlamasında futbolçulara görə təəssüfləndiyini söyləyib.
O, hazırkı vəziyyətin kədərli olduğunu vurğulayıb: "Bütöv bir nəsil böyük turnirlərsiz qala bilər. AVRO-2024-ün bizsiz keçirilməsi təəssüf doğurur. Uşaqlar mundialda oynamaq imkanını itirdikdən sonra qitə çempionatından da kənarda qaldılar".
Qeyd edək ki, Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib. O, son olaraq "Lokomotiv"də baş seleksiyaçı olub. Səmədov Rusiya millisinin də formasını geyinib.